Azərbaycanda pul bazası artdı

Bu günə Azərbaycanda pul bazası 18 milyard 402 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 2,8% çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 5,4%, son bir ildə isə 10,4% artıb.