!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayı artıb

!Reklam – Yazi

2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6 162 nəfərə iş icazəsi verilib.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov qeyd edib ki, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib:

“Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Hesabat dövründə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

DMX rəisi vurğulayıb ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir.

V.Hüseynov əlavə edib ki, Azərbaycan qaçqın statusu ilə yaşayanların 5 nəfəri Liviyadan, 28 nəfəri Əfqanıstandan, 2 nəfəri Pakistandan, 43 nəfəri isə İrandan olan şəxslərdir.

www.yenicag.az

4027
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv