Azərbaycanda qadın hakim və prokurorların sayı məlum olub.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Ötən ilin statistikasına əsasən, hakim qadınların sayı 91 nəfər təşkil edib. 2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub.
Qeyd olunub ki, 2020-ci illə müqayisədə qadın prokurorların sayı 24% artıb.