Xaçmazda qadın həkim öz həyatına qəsd edib.
O, Xaçmazda 40 yaşlı Xaçmaz rayon mərkəzi xəstəxanasının nevropotoloqu Mətanət İlyasovadır.
Qadın həkim bu gün Xudat şəhərində atasına məxsus evin hamamında venasına kəsici-deşici alətlə xəsarət yetirib. Yaxınları onu Xudat şəhər xəstəxanasına vaxtında apardıqlarından qadının həyatını xilas etmək mümkün olub.
“Xəstə 11:30-da ağır vəziyyətdə gətirilib. Sol bazunun aşağı hissəsinin kəsici-deşici yara və qan axma ilə cərrahiyyə otağina götürülüb, tədbir görülüb”, – Xudat şəhər xəstəxanasının cərrahı Məmmədyar Məmmədov bildirib.
Onun yaşadığı Xaçmaz şəhərində ailəsi ilə mübahisəsinin olduğu deyilir.(ans)