Azərbaycanda qadın intihara cəhd etdi

Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Şirinova Sevda Şahmar qızı dərman içərək özünə qəsd edib.

O, təcili tibbi yardım avtomobilinin köməyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı qadına kəskin psixotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.

COP29