Azərbaycanda qadın yataqxanaları: “Bunun pulsuz və ya müəyyən güzəştlərlə…”

Dünyanın bir sıra ölkələrində qadın yataqxanaları fəaliyyət göstərir. Azərbaycanda isə bu cür yataqxanalara rast gəlinmir. Maraqlıdır, ölkəmizdə də qadın yataqxanalarının fəaliyətinə ehtiyac varmı?

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qadın yataqxanalarının fəaliyyətinə rast gəlinməsə də, maddi gəliri aşağı olan vətəndaşlara dövlət tərəfindən dəstək verilməsi məqsədəuyğun olardı.

“Ölkəmizdə yataqxanalar əsasən tələbələr üçün nəzərdə tutulub. Əvvəlki dövrlərdə zavod və fabriklərin də yataqxanası mövcud idi. Evi olmayan işçilər bu yataqxanalardan istifadə edirdilər. Bildiyimə görə, hazırda işçilər üçün bu cür yataqxanalar yoxdur. Tələbələr üçün olan yataqxanalara isə çox adam üstünlük vermir. Çünki şərait və təminat olduqca aşağı səviyyədədir. Əslində, qadın yataqxanalarının olması şərt deyil. Əgər qadınlar üçün yataqxana olacaqsa, deməli, kişilər üçün də olmalıdır. Sadəcə dövlətin himayəsində olan evlər maddi gəliri aşağı olan qadın və kişilərin sosial təminatı yoluna qoyulana kimi istifadəyə verilə bilər. Bunun pulsuz və ya müəyyən güzəştlərlə təmin edilməsi mümkündür. Sosial şəbəkələrdə qadın yataqxanası ilə bağlı elanlarla rast gəlmək mümkündür. Əslində, bu cür yataqxanalar kirayə evlər kimidir və oğlanlar üçün olanı da var. İki və ya üç mərtəbəli evi olan şəxslər maddi cəhətdən faydalanmaq üçün mənzili yataqxana şəraitinə çevirirlər”, – deyə sosioloq

Gülşən Şərif