Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə tapılan qadın dərhal xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.
Hazırda qadının müalicəsi davam etdirilir.