Azərbaycanda qadını maşın vurdu

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ruxsarə Xəlilovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.