Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib.

Yenicag.az xəbər verir ki, “APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat hazırlayıb.

Belə ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49% və ya 203.1 kq çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1961 manat təşkil edib.

Xatırladaq ki, bu ilin 8 ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3630 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 510 manat təşkil edib.

COP29