Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü – VİDEO

Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, hadisənin Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş verdiyi bildirilir.

Məlumata görə, gəlin hər gün qayınana tərəfindən şiddətə məruz qalır. Onun ana və atasının olmadığı, həmçinin hamilə olduğu qeyd edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırmaya başlanılıb.