Bərdə şəhərində ümumi sahəsi 28 m² olan qaynaq sexinin içərisində dəzgahın giriş-çıxış kabelləri və 1 ədəd kondisioner yanıb.
Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.