Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən ilin əvvəlindən indiyədək ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2 min 949-u yerli, 4 min 645-i regional, 3 min 776-sı uzaq zəlzələdir.

RSXM-nin İnformasiya şöbəsindən Yenicag.az-a bildirilib ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib.

Onun sözlərinə görə, həmçinin 1391 yeraltı partlayış qeydə alınıb: “Bu il 17 hiss olunan zəlzələ baş verib. Ümumilikdə maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub”.