Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, yanvarın 29-da qızılın qiyməti yanvarın 28-i ilə müqayisədə 1,904 manat artaraq 1 unsiya üçün 2217,208 manat təşkil edib.
Gümüş 0,0788 manat ucuzlaşaraq 1 unsiya üçün 26,7736 manata bərabər olub.
Platinin qiyməti 7,327 manat azalaraq 1385,5255 manat, palladiumun qiyməti isə 58,65 manat azalaraq 2259,385 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.