Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, iyulun 29-da qızılın qiyməti iyulun 28-i ilə müqayisədə 16,584 manat (0,49 faiz) artaraq 1 unsiya üçün 3 335,766 manat təşkil edib.
Gümüş 0,2031 manat (0,49 faiz) ucuzlaşaraq 1 unsiya üçün 41,01 manata bərabər olub.
Platinin qiyməti 13,948 manat (0,87 faiz) azalaraq 1 592,05 manat, palladiumun qiyməti 226,491 manat (5,86 faiz) azalaraq 3 635,841 manat təşkil edib.
Bir ay ərzində bir unsiya qızıl 324,5725 manat (10,8 faiz) bahalaşıb, gümüş 10,6418 manat (35 faiz) bahalaşıb, platin 184,127 manat (13,2 faiz) bahalaşıb, palladium 372,878 manat (11,4 faiz) bahalaşıb.