Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda qızıl ucuzlaşdı

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, noyabrın 11-də qızılın qiyməti noyabrın 10-u ilə müqayisədə 2,465 manat (0,08 faiz) azalaraq 1 unsiya üçün 3 196,51 manat təşkil edib.

Gümüş 0,231 manat (0,56 faiz) bahalaşaraq 1 unsiya üçün 41,4348 manata bərabər olub.

Platinin qiyməti 25,8825 manat (1,74 faiz) artaraq 1 511,861 manat, palladiumun qiyməti 36,6524 manat (0,87 faiz) azalaraq 4 197,589 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 49,827 manat (1,5 faiz) ucuzlaşıb, gümüş 0,3123 manat (0,8 faiz) bahalaşıb, platin 25,653 manat (1,7 faiz) bahalaşıb, palladium 126,497 manat (3,1 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 698,632 manat (28 faiz) bahalaşıb, gümüş 12,5224 manat (43,3 faiz) bahalaşıb, platin 28,339 manat (1,8 faiz) ucuzlaşıb, palladium 1 141,329 manat (37,3 faiz) bahalaşıb.

Loading...

www.yenicag.az

326
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100