Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, aprelin 26-da qızılın qiyməti aprelin 25-i ilə müqayisədə 7,7435 manat artaraq 1 unsiya üçün 2176,0255 manat təşkil edib.

Gümüş 0,151 manat bahalaşaraq 1 unsiya üçün 25,4915 manata bərabər olub.

Platinin qiyməti 10,302 manat artaraq 1512,49 manat, palladiumun qiyməti isə 4,879 manat artaraq 2409,8265 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.