!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qızlar da orduya yazıldılar

!Reklam – Yazi

g-380Vətənin keşiyində dayanan oğullarla yanaşı, qızların da sayı artmaqdadır. Bəs qızlar oğlanlardan fərqli olaraq hərbi xidməti necə keçir? Sıravi vətəndaşın ən ali borcu vətənə xidmətdir. Hər bir vətəndaşın yurdu qarşısında öhdəlikləri var, elə qadınların da.

Ölkəmizdə əvvəlki illərlə müqayisədə hərbi xidmət keçmək istəyən qadınların sayı xeyli artıb. Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmisi polkovnik Malik Məmmədov bildirib:

“Bu gün qadınlara şərait yaradılıb ki, Azərbaycan respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmədən istənilən qoşun hissəsində qulluq etmək istəyi ilə, özləri fərdi qaydada müraciət edirlər”.

19 yaşdan 40 yaşadək qadınlar və ehtiyatda olan zabitlər yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alındıqdan sonra onlar hərbi biletlərlə təmin edilirlər.

Eləcə də, hərbi qeydiyyata götürüldükdən sonra qadın vətəndaşlar könüllü surətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasınınqanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.

Hərbi ekspert Üzeyr Cəfərov qadınların da hərbi xidmətdə böyük rolu olduğunu vurğulayır:

“Həm nizam-intizamın möhkəmlənməsi, həm də kollektivdə mehribançılığın olması baxımından bu çox önəmildir. Bundan başqa, xanımlar həm də anadırlar. Özəlliklə əsgərlərin və zabitlərin daha çox bağlı olduqları insanlardır”.

Hərbi bileti aldıqdan sonra orta təhsillilər gizir, ali təhsillilər zabit kimi silahlı qüvvələrdə işləyə bilərlər(ans).

www.yenicag.az

1425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv