Azərbaycanda “Quş qripi” təhlükəsi – Monitorinqlərə başlanıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı monitorinqlərə start verib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, monitorinqlər milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda keçirilir. Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Abşeron yarımadası, Neftçala, Oğuz və Şabran rayonlarında “quş qripi” xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə köçəri və ev quşlarından 148 qan və patoloji nümunələr götürüblər. Götürülmüş materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

COP29