Azərbaycanda rabitə xidmətlərinin qiyməti artdı

Bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0.4% artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu ilin yanvar-avqust aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrlə müqayisədə 0.6% bahalaşıb. vakansiyalar

Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0.3%, ilk 8 ayda isə (illik müqayisədə) 0.3% artıb.