Azərbaycanda rejissor dünyasını dəyişdi

aqil4“Mir” teleradio şirkətinin baş rejissoru vəfat edib.

Rejissor Aqil Ağalarov bu gün səhərə yaxın dünyasını dəyişib. “Mir” televiziyasından verilən məlumata görə, onun ölümünə səbəb uzun şəkərinin qəfildən yüksəlməsi olub: “O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Səhər qardaşı redaksiyaya zəng edib dedi ki, Aqil qəfildən dünyasını dəyişib. Bildirdi ki, şəkəri birdən qalxıb və elə buna görə də onu xilas etmək mümkün olmayıb”.

Məlumat üçün bildirək ki, Aqil Ağalarov 1973-cü ildə anadan olub(aznews)

Allah rəhmət eləsin!