“Azərbaycanda vətəndaşların 75 faizi rəqəmsal ödənişlərdən istifadə edir”.
Yenicag.az xəbər verir ki, bunu “Mastercard” şirkətinin Azərbaycandakı fəaliyyətinə dair keçirilən bugünkü mətbuat konfrasında çıxış edən “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal deyib.
O, qeyd edib ki, “Mastercard” istehlakçılara, bizneslərə və səhmdarlara əlverişli xidmət təqdim etmək üçün davamlı bir öhdəlik və fədakarlıqla inkişaf edən bir şirkətdir:
“Şirkətin əsas məqsədi əməliyyatları hər kəs üçün daha təhlükəsiz və əlçatan etməkdən ibarətdir. Bu baxımdan kreditorlarla sıx əməkdaşlıq edilir və Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində bir sıra mühüm işlər həyata keçirilib. Azərbaycanda vətəndaşların 75 faizi rəqəmsal ödənişlərdən istifadə edir. Halbuki 6 il öncə bu göstərici 50 faiz təşkil edirdi. Yəni indiki məqamda rəqəmsal ödəmələr 25 faizə yüksəlib”.
Gülşən Şərif