Azərbaycanda rusiyameyillilər niyə aktivləşib? – Şərh

 

321613_01Elxan Şahinoğlu: “Bu hadisədən sonra rusiyameyllilər çox da fəal ola bilməyəcəklər”

Beynəlxalq aləmdə son zamanlar baş verən proseslər fonunda Azərbaycanda da rusiyapərəstliliyin güclənməsi tendensiyası müşahidə edilir. Rusiyanın aqressiv hərəkətləri şiddətləndikcə, ölkəmizdə də bəzi dairələr “aktivləşərək”, onlara açıq rəğbət nümayiş etdirməyə başlayıblar.

Görəsən, Azərbaycanda rusiyapərəstliliyin güclənməsi nə ilə əlaqədardır?

Elxan Shahinoglu 4_12Politoloq Elxan Şahinoğlu isə Yenicag.az-a açıqlamasında ölkəmizdə rusiyameylli qüvvələrin gücləndiyini düşünmədiyini söylədi: “Deməzdim ki, Azərbaycanda da rusiyapərəstlilik meylləri güclənib. Türkiyə tərəfindən Rusiya uçağının vurulmasından sonra ölkəmizdə də qardaş ölkənin mövqeyini dəstəkləyənlərin çoxluğunu görürəm. Çünki Türkiyə qardaş ölkə olmaqla yanaşı, Azərbaycanın hərbi strateji müttəfiqidir. Həmçinin sözügedən hadisədə Türkiyə haqlı tərəfdir. Rusiya dəfələrlə sərhədi pozub və bununla bağlı dəfələrlə xəbərdarlıq alıb. Amma bu xəbərdarlıqlara məhəl qoymadıqlarından, Türkiyə son olaraq onların təyyarəsini vurmaq məcburiyyətində qaldı. Ərdoğan da bildirdi ki, onlar vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilmirdilər. Rusiya da anlamalı idi ki, müharibəyə girişibsə itkiləri də olacaq. Azərbaycanda bəzilərinin guya Türkiyə Rusiyadan üzr istəməlidir söyləməsinə gəldikdə, bu onların şəxsi fikirləridir. Mən isə bu fikirləri qəbul etmirəm. Bütün dünya Türkiyənin yanındadır. Hamı gördü ki, Rusiya haqsızdır və əslində üzr istəməli tərəf varsa da, o Moskvadır. Rusiyapərəstlər belə fikir bildirirlərsə anlamalıdırlar ki, qarşılarında böyük bir çoxluq var. Bu çoxluq ictimai rəyə də təsir edir. Türkiyənin tərəfində çoxluqdur. Ona görə mövcud ictimai rəylə həmin rusiyapərəstlər hesablaşmaq məcburiyyətindədirlər. Düşünürəm ki, bu hadisədən sonra rusiyameyllilər çox da fəal ola bilməyəcəklər. Türkiyə Rusiya münasibətləri gərginləşəcəksə, biz də müəyyən qədər seçim etmək məcburiyyətində qalacağıq. Çünki, artıq Rusiyada Ermənistandakı hərbi bazaların modernləşdirilməsi, ermənilərdən Türkiyəyə qarşı istifadə etməklə bağlı fikirlər səslənir. Bunu hansı azərbaycanlı qəbul edə bilər. Hətta həmin rusiyapərəstlər də anlamalıdır ki, Ermənistanı düşmən sayırsa, seçimində Rusiyanın şovinist qüvvələrinə üstünlük verməməlidir. Rusiya dost və qonşu dövlətdir. Azərbaycan da onunla normal münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Ancaq bu o demək deyil ki, mövcud situasiyada Rusiyanı müdafiə etməliyik. Bu yanlışdır”.

ELÇİN