Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb. Qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış. Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.