Reklam

Reklam

Saxta əskinaslar məsələsi bir çox ölkələr üçün ciddi problem olaraq qalmaqdadır. Azərbaycanda da ara-sıra dövriyyədə saxta əskinasların olduğu barədə məlumatlar yer alır.

Görəsən, hazırki şəraitdə Azərbaycanda saxta əskinaslar məsələsi nə dərəcədə ciddi problemdir? Digər tərəfdən, manatın mühafizəsinin daha da gücləndirilməsinə ehtiyac var, ya yox?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirdi ki, manatın mühafizə elementləri müasir tələblərə uyğun hazırlanıb. Ona görə də, ölkəmizdə manatın saxta əskinaslarının buraxılması halları hazırda geniş yayılmayıb:

“Saxta əskinaslar məsələsi indiki halda Azərbaycan üçün o qədər də geniş müşahidə edilən problem deyil. Düzdür, zaman-zaman bütün nominalların saxtalaşdırılması hallarına rast gəlinir. Amma buna baxmayaraq ölkəmizdə proses çox da geniş yayılmayıb. Özü də Azərbaycanda bu kimi saxta əskinasların buraxılması ilə yerli sakinlərin məşğul olduğu üzə çıxıb. Ona görə də bu istiqamətdə aidiyyatı qurumların öz fəaliyyətini genişləndirməsi kifayət edir ki, saxta əskinasların dövriyyəsinin məhdudlaşdırılması və bu kimi halların qarşısını almaq mümkün olsun. Manatın dizaynı, həm də mühafizə elementləri müasir tələblərə uyğun hazırlanıb. Bu işdə də birbaşa olaraq Qərb şirkətləri iştirak edib. Nominalda müasir nəsil mühafizə elementləri öz əksini tapıb. Belə vəziyyət isə imkan verir ki, dövlət qurumlarının həmin istiqamətdə fəaliyyət imkanları genişlənsin. Azərbaycan həmçinin bu mənada peşəkar saxta əskinas buraxan qrupların diqqət mərkəzində deyil. Burada ancaq kiçik yerli qruplar məşğul olur ki, aidiyyatı qurumlar da onlarla operativ şəkildə mübarizə apara bilir”.

ELÇİN

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 824
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."