“Əgər hakimiyyət demokratik seçki keçirsə, Məzahir Pənahov istəsə də, orada bir şey edə bilməz”.
Bui fikirləri Yenicag.az-a açıqlamasında Məzahir Pənahovun yenidən Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilməsi fonunda seçki sitemində islahat gözləntilərini dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu qeyd edib ki, hakimiyyət demokratik seçki keçirmək istəsə, MSK sədri nəticələrə heç bir müdaxilə edə bilməz:
“Məzahir Pənahovun Mərkəzi Seçki Komissiyasına sədr seçilməsinin seçki sisteminə aidiyyatı yoxdur. Bu şeylər siyasi qərara bağlıdır. Əgər hakimiyyət demokratik seçki keçirsə, Məzahit Pənahov istəsə də orada bir şey edə bilməz”.
Aqil Bəkir