!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda seçkiöncəsi siyasi fəallıq nə zaman başlayacaq?

!Reklam – Yazi

“Əsas aktivliyin isə seçki kampaniyasının gedişində yaranacağı gözlənilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident seçkiləri ilində müşahidə edilən siyasi durğunluğa münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli

Mirzəbəylinin fikrincə, il yeni başlayıb və hələ ki siyasi fəallığı artıracaq şərtlər aktuallaşmayıb:

“Ölkədə bu il prezident seçkilərinin keçirilməsi nəzərdə tutulsa da, hazırda siyasi fəallığın müşahidə edilməməsi təəccüblü deyil. Qanunvericiliyə əsasən, Azərbaycanda seçki kampaniyasının müddəti üçün iki ay müəyyən olunub və əsas siyasi fəallıq da məhz həmin dövrə təsadüf edir.

Hazırda isə il yeni başlayıb və mövcud siyasi təşkilatlar, xüsusilə də seçkilərdə öz namizədi ilə iştiraka hazırlaşan partiyaların fəaliyyəti, belə deyək, hələ ki seçkilərə köklənməyib. Mənə belə gəlir ki, ölkədə seçkiöncəsi siyasi fəallıq aprel-may aylarında başlaya bilər. Fikrimcə, məhz o ərəfədə partiyalar seçkilərə hazırlıq istiqamətində fəllaşacaqlar. Bu çərçivədə danışıqların başlayacağı, müəyyən seçki ittifaqlarının formalaşdırılması istisna deyil. Əsas aktivlik isə dediyim kimi, seçki kampaniyasının gedişində yaranacaq. Ona görə də, indiki dönəmdə siyasi fəallığın olmaması, proseslərdə durğunluğun yaranması haradasa təbii qarşılanmalıdır”.

A.Zeynalov

www.yenicag.az

1897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv