Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı

Ölkə üzrə 53 hemodializ mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün media nümayəndələri üçün təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

V.Qurbanovun sözlərinə görə, Bakı şəhəri və regionlarda fəaliyyət göstərən Hemodializ Mərkəzlərində xidmətin təşkilinin dəyərləndirilməsi məqsədilə Fəaliyyət Planının hazırlanması və mərhələlər üzrə icrası həyata keçirilib:

“Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb. Eləcə də şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb. Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. 2023-cü ilin ilk 6 ayı ərzində 4 839 yeni xəstə qeydiyyata alınıb”.
“Dağınıq skleroz xəstələrinin reyestrində olan xəstələrin sayı 2001-dir, onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb”, – deyə o qeyd edib.

COP29