Azərbaycanda sərnişin dolu avtobus qəza törətdi – Yaralılar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, sərnişinlə dolu 2 nömrəli xətt üzrə işləyən “Hyundai” markalı marşrut avtobusu idarəetmədən çıxaraq “QAZ-3110” markalı avtomobilə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.(Report)