Azərbaycanda sərnişin qatarlarında gediş haqqı artırılır

27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən xəbərdə bildirilir ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq.