Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, “Moskviç” markalı minik avtomobili piyadanı vurub. Piyada elə hadisə yerində ölüb.
Araşdırmalar zamanı “Moskviç”i idarə edən şəxsin sərxoş olması məlum olub. O saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb. Sürücü sərxoş olduğundan onun ifadəsini almaq mümkün omayıb.