“Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.
Azərbaycan Mərkəzi Bankından Yenicag.az-a bildirilib ki, lisenziya qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, Mərkəzi Bankının İdarə Heyəti 30 avqust 2023-cü il tarixdə lisenziyanın ləğvinə qərar verib./apa/