Azərbaycanda silah alveri edən şəxslər tutuldu

скачанные файлы (1)Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.

Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədi ilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulublar.

E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.