Azərbaycanda şirkət rəhbəri işdən çıxdı

ramil_aqayev“Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramil Ağayev işdən çıxıb.

Bu barədə sığorta sektorunun iştirakçılarından məlumat daxil olub.

Ramil Ağayev məlumatı təsdiqləyib: “Məlumat həqiqəti əks etdirir. Hələlik yeni iş yerimlə bağlı bir neçə variant üzərində düşünürəm”.

R. Ağayev əlavə edib ki, hələlik şirkətin İdarə Heyəti sədri vəzifəsinə təyinat yoxdur.(APA)