Azərbaycanda siyasi partiyalara maliyyə yardımının artırılması nəzərdə tutulub.
Yenicag.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1,0 milyon manat və ya 20 faiz artırılır./unikal