Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunur

“Sevindirici haldır ki, hər il büdcəmiz artır. Bəzi hallarda bizi Cənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər. Hesab edirəm ki, Azərbaycan elə bir inkişaf səviyyəsindədir ki, Azərbyacan Cənubi Qafqazın hər hansı ölkəsi müqayisə olunan səviyyədə deyil. Azərbaycan Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

“Azərbaycanın özündən asılı olmayaraq  düşdüyü elə proseslər var ki, məcburdur bura vəsait ayırsın. Məsələn, Bolqarıstanda bu gün mina təmizləməyə bu gün vəsait ayrılmır. Amma Azərbaycan məcburdur ki, ermənilər tərəfindən ərazilərimizdə basdırılmış 1 milyondan artıq minanın təmizləyib o torpağı yararlı vəziyyətə gətirsin. Bunlar olmasa, həmin vəsait digər sosial problemlərin həllinə ayrılar. İşğaldan azad olunmuş ərazilərin bərpasına 4 milyard vəsait nəzərdə tutulub. Bunlara olmasa idi, 4 milyard müəllimin, həkimin və digərlərin əməkhaqqının artırılmasına ayrılardı. Bu məsələləri insanlara deməliyik”.

Komitə sədri eyni zamanda, siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib./unikal

COP29