!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda siyasi piar PROBLEMİ: “Daha asan yollarla getmək istədikləri üçün...”

!Reklam – Yazi

“Bir çoxları peşəkar piar quruculuğunun önəmini sadəcə dərk etmək istəmirlər”.

Bu fikirləri Azərbaycanda mövcud partiyaların yeni çağırışlar fonunda piar mütəxəssisləri ilə əməkdaşlıq vəziyyətini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədəki partiyalar hələ də öz “ənənə”lərinə sadiq qalaraq peşəkar PR mütəxəssisləri ilə əməkdaşlıqdan yayınırlar:

“Bu barədə dəfələrlə fikirlər bildirilsə də, vəziyyətin dəyişdiyini, partiyaların piar məsələsinə daha diqqətlə yanaşdığını söyləməyə əsas yoxdur. Peşəkar piar fəaliyyətinin əhəmiyyəti haqqında nə qədər danışılsa da, bu istiqamətdə konkret əməkdaşlığın şahidi olmuruq.

Başqa sözlə desək, simalar yenilənsə də, piar işinə yanaşmada münasibət dəyişmir. Bunu bir çox səbəblərlə izah etmək mümkündür. Yəni bir çoxları peşəkar piar quruculuğunun önəmini sadəcə dərk etmək istəmirlər, özlərinin bu işlərin öhdəsindən asanlıqla gəldiklərini, yaxud da gələcəklərini düşünürlər.

Partiyaların başqa bir kəsimi isə bu işin əhəmiyyətini dərk edib-etməməsindən asılı olaraq, ona ehtiyac görmür. Çünki nə özləri, nə inamları, nə də gələcəyə yönəlik hədəfləri olmadığından daha asan yollarla getməyə üstünlük verirlər. Ona görə də başqa ölkələrlə müqayisədə bizdə siyasi piar haqqında danışmaq çox çətindir. Hələ ki vəziyyət belədir”.

A.Zeynalov

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv