!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda su qıtlığı PROBLEMİ: “Bu ölkələrlə aktiv danışıqlar aparılmalıdır”

!Reklam – Yazi

“Türkiyə, Gürcüstan, Ermənistanda Kür və Araz çaylarından da su götürülməsi kəskin şəkildə artıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda su qıtlığını yaradan problemlər və çıxış yolları barədə danışan ekoloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, su qıtlığını yaradan bir sıra problemlər mövcuddur:

“Hazırda Azərbaycanda su ehtiyatlarına başlıca olaraq iqlim dəyişmələri, su götürmələri və yerli miqyaslı suya təlabatın artması təsir göstərir. Ölkəmizin ərazisində getdikcə daha çox su götürülməyə başlayıb. Paralel olaraq, həm də yuxarı axın ölkələrində – Türkiyə, Gürcüstan, Ermənistanda Kür və Araz çaylarından da su götürülməsi kəskin şəkildə artıb. Bu da Azərbaycanda əlavə su qıtlığının əmələ gəlməsinə səbəb olur. Sadalanan problemlərdən çıxış yolu bu ölkələrlə çox aktiv danışıqlar aparmaq və paralel olaraq, həm də ölkəmizdə suya və sudan istifadəyə qənaətə imkan verən müasir suvarma üsulları tətbiqini genişləndirmək, torpaq kanalların detallaşdırma prosesini sürətləndirmək, eləcə də iqtisadiyyatı daha az suya tələbatlı bir vəziyyətə gətirmək lazımdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv