Azərbaycanda sürücü polis şöbəsində öldü

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

“Bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib. Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş”, o bildirib.