!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda taksi sürücüsü maşını şagirdlərin üstünə sürdü - Dəhşətli kadr! - VİDEO

!Reklam – Yazi

Təhlükəsizlik kamerasına düşən bu görüntülər həqiqi bir şok yaşadıb.

Yenicag.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə məktəblərdən birinin qarşısında baş verib.

Bideodan göründüyü kimi, “VAZ 21 07” markalı, üzərində “taksi” nişanlı olan avtomobilin sürücüsü 4 şagirdi məktəbin qarşısında düşürdüb. Şagirdlər yolu keçmək istəyərkən asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçib.

Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyib. Birdən “VAZ 21 07” markalı avtomobil hərəkət edib. Sürətlə uşaqların dayandığı yerə gəlib. Şagirdlərə çırpılaraq onları “Mercedes” markalı avtomobilə sıxıb. Ətrafdakılar “07”ni güc ilə geri çəkib.

Hadisəyə ilkin səbəb kimi avtomobildə nasazlıq yaranması, yaxud sürücünün əyləc yerinə qazı basması göstərilib.

Hadisə nəticəsində ölən olmasa da şagirdlər ağır yaralanıb. Qızlardan biri isə iç qanaması ilə xəstəxanaya çatdırılıb.

Dəhşətli görüntüləri təqdim edirik. Ürəyi zəif olanlar baxmasın!

www.yenicag.az

7565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv