Salyanda jurnalist vəfat edib.
Yenicag.az-ın məlumatına görə, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fəxrəddin Fərzəliyev 1975-ci ildən Salyanda çıxan “Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.
F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, “Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.
Allah rəhmət eləsin!/Report/