Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda tanınmış sığorta mütəxəssisi koronavirusdan vəfat etdi

Tanınmış iş adamı, biznes məsləhətçisi, sığorta mütəxəssisi və təlimçisi Xəyal Məmmədxanlı dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, o, 42 yaşında koronavirusdan vəfat edib.

Xəyal Məmmədxanlı 11 iyun 1978-ci ildə Naxçıvan MRŞahbuz rayonunun Kolanı kəndində ziyalı və həkim ailəsində anadan olub. Bakı Dövlət Universitetini beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində baş mütəxəssis və «Atəşgah» Sığorta şirkətində hüquqşünas vəzifəsində işləyib. Daha sonra «Beynəlxalq Sığorta Şirkəti» MMC-də, “AZFİNANSBANK” ASC-də, «AzSığorta» ASC-də, “ALFA SIĞORTA” ASC-də, “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC-də, “Avesta” Konsernində müxtəlif vəzifələrdə çalışıb.

2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olub. Ailəli idi. 2 qız övladı var.

Allah rəhmət eləsin!

www.yenicag.az

355