Azərbaycanda tanınmış şirkət ləğv olundu

Technip-Axes-6000-JobsFransanın Technip Maritime Overseas LTD şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Bu barədə Vergilər Nazirliyinin rəsmi “Vergilər” qəzeti məlumat yayıb.

Technip Maritime Overseas LTD – neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur. Şirkətinin Bakı nümayəndəliyi 1993-cü ildə açılıb.

Məlumatda bildirilir ki, şirkətin kreditorları öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Nizami küçəsi 340 ünvanına müraciət edə bilərlər.