Azərbaycanda təhsil alan xarici tələbələr: Ən çox bu ölkələrdən gəlirlər

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 96 xarici ölkədən 7,1 min tələbə də təhsil alır.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Pakistan İslam Respublikası, Gürcüstan, Hindistan, İraq, Suriya Ərəb Respublıkası və Nigeriya vətəndaşları üstünlük təşkil edirlər.