Texniki Universitetin tələbəsi faciəvi şəkildə öldü – Yenilənib

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən Rüstəmov Sahib Sədaqət oğlu Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış. “Report”un xəbərinə görə, S.Rüstəmov AzTU-nun birinci kurs tələbəsi olub.

AzTU-nun mətbuat xidməti “Report”a faktı təsdiqləyib: “Rüstəmov Sahib Sədaqət oğlu universitetin “Radiotexnika və rabitə” fakültəsinin 317 a4 qrupunda, “Elektronika, telekomnikasiya və radiotexnika” mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sesiyası bitdiyi və tətil olduğu üçün Rüstəmov Sahib doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahibin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir”.

***

Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Mitsubishi-Pajero” markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili qaçıraraq yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri, Lənkəran Dövlət Universitetinin tələbəsi olub. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

COP29