Azərbaycanda televiziya verilişləri ilə bağlı yeni qayda hazırlandı

Audiovizual Şura tərəfindən audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtının (praym-taym) müəyyən edilməsi qaydası hazırlanıb.

Bu barədə Yenicag.az Şuradan məlumat əldə edib.

Bildirilib ki, qayda ilkin razılaşdırılması üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, praym-taym – audiovizual proqramların Audiovizual Şurasının qərarı ilə müəyyən edilən sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı deməkdir.

COP29