Reklam

Reklam

Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində gizlənərək Almaniyaya gedib.

Yenicag.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan aviaşirkət əməkdaşı yük təyyarəsi ilə Almaniyada yerə enib. O, cümə gününün ikinci yarısında Frankfurt-Xan hava limanında uçuş-enmə zolağında saxlanılıb.

Mənbə bildirir ki, Almaniyaya qaçmış kişinin 40 yaşı var və onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi və yükü olmayıb. Məlum olub ki, saxlanılan şəxs Azərbaycana məxsus aviaşirkətin əməkdaşıdır.

Onun sözlərinə görə, yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib. Öz hərəkətlərini izah edərkən saxlanılan şəxs Almaniyada daha yaxşı həyata ümid etdiyini deyib. Həmvətənimiz federal polisə təhvil verilib. Onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi üzrə cinayət işi başlanıb. (Virtualaz.org)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5572
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."