Azərbaycanda ticarət dövriyyəsinin 50 faizdən çoxu Bakının payına düşüb.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, 2022-ci ildə ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Ticarət dövriyyəsinin çox hissəsi Bakının payına düşüb. Belə ki, 2022-ci ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci il ilə müqayisədə 5,0 faiz artaraq 30 milyard 819,1 milyon manat olub.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki il ilə müqayisədə 16,9 faiz artaraq 18 milyard 698,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,0 faiz azalaraq 12 milyard 121,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 32,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,2 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.