Azərbaycanda ticarət, tikinti və informasiya sahələri üzrə kredit riski artdı

2023-cü ilin I rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, digər risk göstəriciləri üzrə isə azalma müşahidə edilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin I rübündə kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma, ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım olub.

Bununla belə, bankların cavablarına əsasən biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması dinamikası səngimişdir. Mikro sahibkarlıq subyektləri üzrə səngimə daha çox nəzərə çarpır.