!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda tikilən hər bina inkişafın simvoludur" - Hüseyin Büyükfırat

!Reklam – Yazi

TÜİB sədri Hüseyin Büyükfırat Türkiyənin nüfuzlu “Sabah” qəzetinə müsahibə verib.

Yenicag.az bildirir ki, Türkiyə-Azərbaycan İş adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfırat iki ölkə arasındakı əlaqələrin ilbəil möhkəmləndiyini bildirib. O, son 10 ildə Azərbaycanın böyük sürətlə inkişaf etdiyini söyləyib:

“Bu inkişaf sadəcə, iqtisadi sahədə özünü göstərmir, eyni zamanda hamımızın şahidi olduğu konkret bir prosesdir. Bu gün Bakının hər tərəfində, Azərbaycanın hər bölgəsində yeni binalar, modern infrastrukturla qarşılaşırıq. Əslində, tikilən hər bir bina Azərbaycanın inkişafını simvolizə edən bir abidə dəyərindədir”.

TÜİB sədri Azərbaycana ən çox türk iş adamlarının sərmayə qoyduğunu vurğulayaraq, bunun sonsuz inamdan qaynaqlandığını bildirib.

Büyükfırat həmçinin, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz xətti və Bakı-Tiflis-Qars dəmiryolu xətti kimi böyük iqtisadi layihələr barədə də ətraflı məlumat verib. (Sabah)

Müsahibəni oxumaq üçün tıklayın

www.yenicag.az

2371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv