Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.